3-cü maddə üzrə:
3.2-ci maddədə “Qanun” sözü “Qanunun 3.12-ci maddəsi nəzərə alınmaqla, bu Qanun” sözləri ilə əvəz edilib;
3.9-cu maddə aşağıdakı kimi redaksiya verilib:
“3.9. Bu Qanunun 3.8-ci maddəsində göstərilən halda müvafiq satınalmalarla bağlı müqavilə satınalan təşkilat tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi (bundan sonra – informasiya sistemi) vasitəsilə imzalandıqdan sonra bu Qanunun 38.11-ci maddəsinə uyğun olaraq müvafiq məlumatlar həmin informasiya sistemi tərəfindən avtomatik şəkildə dərhal portala ötürülür və satınalma komissiyası satınalma müqaviləsi qüvvəyə mindiyi gündən 3 (üç) iş günü ərzində müvafiq məlumatı portalda dərc edir.”;
3.12-ci maddə aşağıdakı məzmunda əlavə edilib:
“3.12. Bu Qanunun 15.3-cü maddəsində göstərilən satınalmalar, habelə qalib təchizatçının qeyri-rezident olduğu hallar istisna olmaqla, bu Qanunun şamil edildiyi satınalmalara dair müqavilələr, həmçinin bu Qanunun 3.2.1-ci, 3.2.4-cü, 3.2.8-ci, 3.4-cü və 3.8-ci maddələrində nəzərdə tutulan mal, iş və xidmətlərin satın alınması üzrə müqavilələrin bağlanılması və göndərilməsi informasiya sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.”;
15-ci maddə üzrə:
15.1-ci maddədə “15.3-cü maddəsinin” sözləri “3.12-ci və 15.3-cü maddələrinin” sözləri ilə əvəz edilib;
15.4-cü maddədə “, bildirişlərin və müqavilələrin” sözləri “və bildirişlərin” sözləri ilə əvəz edilsin;
25.1.2-ci maddəyə “yeri,” sözündən sonra “proqnozlaşdırılan icra” sözləri əlavə edilib;
30.2.2-ci maddədə “müəyyən olunmuş” sözləri “bu Qanunla müəyyən olunmuş qaydada və” sözləri ilə əvəz edilib;
34.7-ci maddəyə aşağıdakı məzmunda dördüncü cümlə əlavə edilib:
“Satınalmanın nəticələri barədə satınalma komissiyasının yekun protokolunun təsdiq edilməsi barədə nəzarət orqanının qərarı (bu maddənin üçüncü cümləsinə uyğun olaraq nəzarət orqanının bununla bağlı qərarı olmadıqda təsdiq edilmiş hesab olunan yekun protokollar), qalib təchizatçının təklifi (iş həcmləri cədvəli və qiymət təklifi) dərhal informasiya sisteminə ötürülür.”;
38-ci maddə üzrə:
38.1-ci maddədə “tərtib edib təchizatçıya aksept bildirişi ilə birlikdə” sözləri “bu Qanunun 3.12-ci maddəsi nəzərə alınmaqla informasiya sistemi vasitəsilə tərtib edib təchizatçıya portal vasitəsilə təqdim olunan aksept bildirişi ilə eyni vaxtda” sözləri ilə əvəz edilib;
38.2-ci maddə üzrə:
birinci cümləyə “müqaviləsini” sözündən sonra “informasiya sistemində gücləndirilmiş elektron imza ilə” sözləri əlavə edilib;
ikinci cümləyə “olmayaraq” sözündən sonra “informasiya sistemində gücləndirilmiş elektron imza ilə” sözləri əlavə edilib;
38.8-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilib:
“Satınalma predmetinin həcmi (miqdarı) dəyişdirildiyi təqdirdə satınalan təşkilat bu barədə məlumatı informasiya sisteminə dərhal ötürür.”;
38.11-ci maddə aşağıdakı kimi redaksiya verilib:
“38.11. Satınalma müqaviləsi qüvvəyə mindikdən sonra satınalan təşkilatın və müqaviləni bağlamış təchizatçının adı (fiziki şəxs olduqda soyadı, adı, atasının adı), VÖEN-i, satınalma predmeti, satınalma metodu, müqavilənin məbləği və icra müddəti barədə məlumatların portalda yerləşdirilməsi üçün həmin məlumatlar informasiya sistemi tərəfindən dərhal portala ötürülür və satınalma komissiyası satınalma müqaviləsi qüvvəyə mindiyi gündən 3 (üç) iş günü ərzində həmin məlumatları portalda dərc edir.”;
42.1-ci maddənin ikinci cümləsinə “baxılır” sözündən sonra “və razılıq əldə edildiyi halda bu dəyişikliklər bu Qanunun 3.12-ci maddəsinin tələbləri nəzərə alınmaqla informasiya sistemi vasitəsilə həyata keçirilir” sözləri əlavə edilib;
44.5-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilib:
“Nəzarət orqanı tərəfindən bu maddəyə əsasən verilən razılıqlar informasiya sisteminə dərhal ötürülür.”.
“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının 14 iyul 2023-cü il 988‑VIQ nömrəli Qanun
Azərbaycan Respublikasının 2026‑cı il 20 fevral tarixli 359‑VIIQD nömrəli Qanun
